Azərbaycanda bəzi porno saytlara giriş məhdudlaşdırılıb. n- FOTO

15-08-2018, 12:18           
Azərbaycanda bəzi porno saytlara giriş məhdudlaşdırılıb. n- FOTO
Sözügedən saytlar “Xvideos” və “Xnxx” porno portallarıdır. “Xvideos”a giriş tamamilə məhdudlaşdırılsa da, “Xnxx” portalına giriş mümkündür, lakin saytın interfeysi dağılmış vəziyyətdədir. Onların aylıq ziyarətçi sayı isə 350 milyondan çoxdur.

Məsələ ilə bağlı Oxu.Az-a danışan Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz bu addımın doğru olduğunu bildirib:


“İstənilən halda bu, bütün dünyada olan praktikadır. Əgər orada qanunvericilinə zidd olan informasiya varsa, həmin saytlar qapanır. Bu, bütün saytlara aiddir. Terrorçuluq, dövlətçilik əleyhinə, silahlılar və azyaşlılarla bağlı olan məlumatlardır.

Sözügedən saytlar isə uşaqlara zərər verən pronoqrafik məlumatlarla doludur. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məhkəmə olmadan da həmin saytları bloklamağa səlahiyyəti çatır. Bu cür resurslara qarşı belə addım atılırsa, düşünürəm ki, narahat olmaq üçün məqam yoxdur.

Nazirliyin məhkəməyə müraciət etməsi də düzgün olardı. Son qərarı məhkəmənin verməsi daha doğru addımdır. Bu cür pornoqrafik resurlar Azərbaycan ərazisində bağlanırsa, doğru yanaşmadır”.

Qeyd edək ki, porno saytların bağlanması bəzi sosial şəbəkə istifadəçiləri arasında narazılıqla qarşılanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru