Alimlər kişi və qadınların hansı yaşda qarşı tərəf üçün daha cazibərdar olduğunu araşdırıblar

18-08-2018, 07:24           
Alimlər kişi və qadınların hansı yaşda qarşı tərəf üçün daha cazibərdar olduğunu araşdırıblar
ABŞ-ın Miçiqan Universitetinin Sosiologiya Departamentinin nümayəndələri, kişi və qadınların hansı yaşda qarşı tərəf üçün daha cazibədar olduğunu öyrənmək məqsədi ilə tədqiqat aparıblar.

"Report" "NY Times" nəşrinə istinadən xəbər verir ki, tədqiqatda 200 min nəfər iştirak edib.

Sosioloqlar, eksperiment iştirakçılarının sosial şəbəkələrdə tanımadıqları şəxslərdən aldıqları mesajların sayını araşdırıblar.

Tədqiqatçıların sonda gəldiyi qənaətə görə, hər iki cinsin nümayəndələri özlərindən daha cazibədar insanlara reaksiya vermyə meyillidirlər.

Həmçinin məlum olub ki, qadınlar üçün potensial tərəfdaşın intellekti və təhsili vacibdir. Kişilər bu göstəriciyə biganədirlər və təhsilli qadınlar onları daha çox ehtiyatlandırır.

Elm adamlarının qənaətincə, kişilər 50 yaşa, qadınlar isə 18 yaşa qədər olan əks cinsin nümayəndəsində populyarlığın zirvəsinə çatır, sonra bu amil azalmağa doğru gedir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru