Gecə yatan aktrisa səhər ayılmadı - 40 yaşında vəfat etdi

12-11-2018, 16:19           
Gecə yatan aktrisa səhər ayılmadı - 40 yaşında vəfat etdi
Tanınmış aktrisa 40 yaşında vəfat edib.

40 yaşlı aktrisa Şörli Helyar (Shirley Hellyar) xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Bir ay əvvəl ölümcül xəstəliyə tutulduğunu öyrənən aktrisa Netfliks şirkətinin çəkilişlərində iştirak edirdi.

Şotlandiyanın Qlazqo şəhərində doğulan Şörli noyabr ayının 7-də dünyasını dəyişib. Gecə yatan aktrisa səhər ayılmayıb.

Yas mərasimi üçün xeyriyyə saytlarının biri vasitəsi ilə 9 min dollar yığan aktrisa xəstəliyə yoluxması barədə xəbəri Nyukaslda istirahət etdiyi anda öyrənmişdi.

O bildirmişdi ki, vəziyyəti yaxşı deyil, Şotlandiyaya qayıda bilməyəcək, ölənə qədər Nyukaslda qalacaq./milli.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru