Azərbaycanlı müğənnini dostu qətlə yetirdi: qaçanda özü də öldü - ŞOK TƏFƏRRÜAT

16-11-2018, 18:55           
Azərbaycanlı müğənnini dostu qətlə yetirdi: qaçanda özü də öldü - ŞOK TƏFƏRRÜAT
Bərdədə dostu və həmkarı olan xanəndə yoldaşı tərəfindən qətlə yetirilən Miryusif Mirizadənin cinayət hadisəsinin yeni təfərrüatı ortaya çıxıb.

Milli.Az xəbər verir ki, bu barədə əməkdar artist Səbuhi İbayev qonağı olduğu "5/5" proqramında məlumat verib.

Əməkdar artist qətlə yetirilən Miryusif Mirizadənin qətli ilə bağlı bunları deyib:

"Hələ ki, istintaq gedir. Qətlə yetirən evdən pul oğurlayıb, gəlib maşın alıb. Günahı Miryusifdə görüblər. Nə edibsə, qardaşı ilə ediblər. Rayondakı qardaşı qəbul etməyib bu qardaşının (Novruz Hüseynov) maşın almağını. İki qardaş əlbir olub öldürüblər. Miryusifə nəsə deyiblər, orada aralarında nə söhbət olubsa, ikisi öldürüblər onu. 30 yaşı 3 gün qabaq tamam olmuşdu.

O, Miryusifi öldürdükdən sonra özünü öldürməyib. Axşam izi itirmək üçün rəhmətliyi harasa aparmaq istəyirmiş. Yolda maşın aşıb. O, onda ölməyib. Maşın aşandan sonra, yol polisləri gəlib. Qorxusundan istəyib kanalı keçə, keçə bilməyib, batıb. Ən çox Novruzun qardaşından şübhələnirik".

Xatırladaq ki, avqustun 1-də xanəndə Novruz Hüseynovun meyiti Qarabağ su kanalının Ağcəbədi rayon ərazisindən keçən hissəsində aşkarlanıb. Yol qəzasında öldüyü deyilən xanəndə Miryusif Mirizadənin isə dostu Novruz Hüseynov tərəfindən qətlə yetirildiyi məlum olub. N.Hüseynov dostunu 14 bıçaq zərbəsi ilə öldürdükdən sonra özünü Qarabağ su kanalına ataraq intihar etdiyi deyilirdi. Onun meyiti hadisənin baş verdiyi ərazidən 5 km aralıda, Ağcabədi rayonunun Qiyaməddinli kəndi ərazisində tapılıb.

Qeyd edək ki, hadisə ilə bağlı N.Hüseynovun qardaşı Elçin Hüseynov saxlanılıb. Onun barəsində məhkəmənin qərarı ilə 3 ay müddətində həbs qətimkan tədbiri seçilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.