"Kral şir" filminin yeni versiyasının treyleri çıxıb - VİDEO

23-11-2018, 07:59           
"Kral şir" filminin yeni versiyasının treyleri çıxıb - VİDEO
Çəkilişlərinə 2017-ci ildən başlanan "Kral şir" filminin yeni versiyasının treyleri çıxıb.

“Report” xəbər verir ki, videoçarxda multiplikatorlar tərəfindən əvvəlki versiyalarda təsvir edilən peysajlar və qəhrəmanların real obrazları nümayiş etdirilir.

Filmin rejissoru bundan əvvəl "Dəmir adam" filmi üzərində işləmiş Con Favrodur.

Yeni filmin təqdimatı 2019-cu ilə planlaşdırılıb.

Bundan əvvəl filmin musiqisinin yazılmasında müğənni və bəstəkar Elton Conun iştirak edəcəyi, əsas mahnını isə qəhrəmanlardan biri olan Nalunu səsləndirən Beyonsun ifa edəcəyi bildirilmişdi.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru