“Savalan” qrupunun mərhum rəhbəri ilə bağlı təklif

23-11-2018, 17:57           
“Savalan” qrupunun mərhum rəhbəri ilə bağlı təklif
Bu günlərdə vəfat etmiş sevilən sənətçi, “Savalan” qrupunun bədii rəhbəri Novruz Novruzlu ilə bağlı təşəbbüs irəli sürülüb.
Diaspora üzrə araşdırmaçı jurnalist Elnur Eltürk cebhe.info-ya açıqlamasında deyib ki, pərəstişkarları hesab edir ki, Novruz müəllimin xatirəsi əbədiləşdirilməlidir:
“Çox istərdim ki, gələcəkdə "Savalan" qrupunun rəhbəri, mərhum dostumuz Novruz Novruzlunun xatirəsinin əbədiləşdirilməsi ilə bağlı addım atılsın. Bu həm də onu sevən minlərlə insanın ürəyincə olar. Novruz bəy cəmiyyət tərəfindən sevilən şəxsiyyət idi. Onun vəfat xəbərinin sosial şəbəkədə böyük rezonans doğurması və minlərlə insanın başsağlığı verməsi, kədərini bölüşməsi ona olan sevgi və hörmətdən xəbər verirdi. Xalqın sevgisini qazanmaq hər mədəniyyət, incəsənət xadiminə qismət olmur. Novruz bəy bunu əməli, ifası ilə qazanmışdı”.
Elnur Eltürk hesab edir ki, Novruz Novruzlunun adının hansısa küçəyə və ya mədəniyyət mərkəzinə verilməsi yaxşı olardı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru