Humay Zahirqızının yeni möcüzəsi :”Mənim Quramam” sərgisi – FOTOLAR

19-10-2015, 11:14           
Humay Zahirqızının yeni möcüzəsi :”Mənim Quramam” sərgisi – FOTOLAR
Xəbər verdiyimiz kimi, oktyabrın 17-də Bakıda gənc quramaçı rəssam Humay Zahirqızının əl işlərindən ibarət “Mənim quramam” adlı sərgisi keçirildi. Jurnalist-yazar kimi Azərbaycan cəmiyyətinə tanınan Humay xanım ötən sərgilərdə olduğu kimi bu dəfə də öz qonaqlarını sehirli dünyası ilə fəth etmiş oldu.
“Mənim Quramam” adlanan sərgidə Humay Zahirqızının 150-yə yaxın əl işi nümayiş olunurdu. Bunların arasında saat fiqurunda zamanın və ömrün unikal formada ifadəsi, gəmi işində müəllifin həyat yolu haqda düşüncələri, güldan və digər əşyalar üzərində daşlardan yaradılan ecazkar rəng çalarları və qədim quramanın bütün çalarları qonaqların diqqətini xüsusilə cəlb etdi. Sərgi H.Zahirqızının əl işlərini əks etdirən videosüjetin təqdimi ilə başladı. Bundan sonra sərgidə iştirak edən qonaqlar söz alaraq müəllifin özü, onun yaradığılığı haqda fikirlərini bildirdi. Azərbaycandan və Türkiyədən olan qonaqlar Humay xanımın bir yazar olaraq özünü təsdiq etməsi ilə yanaşı, rəssam və tətbiri əl işləri ilə Azərbaycan cəmiyyətini özünə valeh etməsindən söz açdı. Eyni zamanda bildirildi ki, bir müddət sonra Humay Zahirqızının Türkiyə Cumhuriyyətində böyük bir sərgisinin keçirilməsi planlaşdırılır. Müxtəlif beynəlxalq müsabiqələrdə birincilik qazanan Humay Zahirqızı “Türk mədəniyyətinə xidmətlərinə” görə mükafata layiq görülüb. Həmçinin H.Zahirqızına Türkiyənin Ankara, İzmir, Samsun və Ordu şəhərlərində keçirdiyi fərdi sərgilərdə layiqli təmsilinə görə Türk Dərnəkləri Federasiyası tərəfindən müxtəlif mükafatlar təqdim olunub. Humay Zahirqızının sayca 9-cu fərdi sərgisindən fotoları diqqətinizə çatdırırıq:
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.