Tanınmış müğənni dizaynerə 50 min pul "atdı"

26-05-2019, 12:18           
Tanınmış müğənni dizaynerə 50 min pul "atdı"
Dizayner Fatma Senem Erdem "Çantalarımı aldı və qaytarmadı" deyərək, müğənni Gülşəni məhkəməyə vermişdi.

Axşam.az-ın məlumatına görə, hakimin iddianı rədd etməsi Erdemi özündən çıxarıb.

Fatma dəyəri 50 min lirə (təxminən 13 min manat) dəyərindəki çantalarını, ya da pulunu geri istəyir. Gülşen isə dizayneri tanımadığını, ondan heç bir şey almadığını bildirib.

"Mənim şahidlərimi dinləmədilər. Evimin birinci mərtəbəsindəki gözəllik salonunun sahibi və işçiləri buna şahiddir, dinləmədiniz. Onların yanında çantaları vermişəm" deyə, Fatma hakimə etiraz edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru