Uzun müddətdir xəstəxanada müalicə alan 92 yaşlı türkiyəli aktyor Əşrəf Kolçak dünyasını dəyişib. Muxalifet.az xəbər verir ki, sənətçi Gemlik dövlət xəstəxanasında vəfat edib. Aktyor ağciyər xəstəliyindən əziyyət çəkirdi. Qeyd edək ki, Ə.Kolçak “Nyu Yorkda beş minarə”, “Yalan dünya”, “Zeynəb”, “Qeyb olmuş sevgilər” və s. filmlərdə ifa etdiyi rollarla yadda qalıb.