Nurəddin Mehdixanlıdan SƏRT SÖZLƏR: “Təlxəklik eləmə”

29-05-2019, 12:57           
Nurəddin Mehdixanlıdan SƏRT SÖZLƏR: “Təlxəklik eləmə”
Xalq artisti, tanınmış aktyor Nurəddin Mehdixanlı efirdə sərt danışıb.
Yenicag.az xəbər verir ki, aktyor sənəti ilə insanlığı uzlaşmayan həmkarları barədə qalmaqallı fikirlər səsləndirib:
“Ona elə gəlir ki, ulduzluq edir. Ona elə gəlir ki, şirinlik edir. Amma şit və bayağı bir şeydir. Bəzən deyirlər ki, biz sənət adamıyıq, belə geyinməliyik. Xeyr, sənət adamı nümunə olmağı bacarmalıdır. Sən böyük aktyor ola bilərsən, amma insan deyilsənsə, həmişə insan olmamağın müzakirə olunacaq. Sənətin gedəcək ikinci plana. Komediya aktyoru olmaq təlxəklik etmək demək deyil. Bizdə ona təlxəklik deyilir. Təlxəklik eləmə. Bu bilirsiniz nədən irəli gəlir? Müəllimsizlikdən. Mənim müəllimim Adil İsgəndərov olub. O, sənətdən çox vətəndaş olmağı öyrədirdi”.
ARB-nin “Səhər-səhər” verilişindən olan görüntüləri təqdim edirik:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru