Məşhur meyxanaçı Afəti yıxıb-sürüdü: “Pozğun, üzdəniraq…”

29-05-2019, 13:11           
Məşhur meyxanaçı Afəti yıxıb-sürüdü: “Pozğun, üzdəniraq…”
“Kimliyindən və sənətindən asılı olmayaraq, istər müğənni, istərsə də meyxanaçı… Allahdan başqa heç bir kəsdən və qüvvədən qorxum yoxdur. Dediyim hər kəlmənin öz imzam ilə arxasındayam”.

Primetime.az xəbər verir ki, bu sözləri meyxanaçı Aqşin Fateh sosial şəbəkədə yazıb. O, müğənni Afət Fərmanqızını fotosunu paylaşaraq qeyd edib:

“Əgər dediyim sözlər kimisə narahat edirsə, demək, hədəfimə çatıb. Millət bezdi daha bu pozğun, üzdəniraq “qadın və kişilərin” biabırçılıqlarından. Kimin sözü varsa, zəng vursun. Əgər qeyrəti mənliyi varsa üz-üzə danışsın”.

Meyxanaçı öz nömrəsini də İnstaqram da açıq paylaşıb.

Qeyd edək ki, bir müddət əvvəl meyxanaçı, “Bəzi müğənnilər pozğundur. Ancaq bahalı maşın və evlərini nümayiş etdirirlər” ifadəsini işlətmişdi. Bu sözlərə isə ilk reaksiya verən Afət olub:

“Bu maşını Namiq Qaraçuxurlu, Ədalət Şükürov, Manaf Ağayev necə alıbsa, o cür almışam. Son vaxtlar hansı müğənninin bahalı maşını, evi varsa, onları pozğun adlandırırlar. Yəqin, pozğunluqda olanda yanında aparıblar sizi. Bəzi üzdəniraq şou nümayəndələri peyda olub. Hünəri çatırsa, ad çəksin. Mən də ad çəkməmişəm, sözü atdım, yiyəsi götürsün”.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.