Aparıcı Zaurdan bayrağa qarşı hörmətsizlik

29-05-2019, 13:18           
Aparıcı Zaurdan bayrağa qarşı hörmətsizlik
28 May Respublika Günü Xəzər televiziyasında yayımlanan və Zaur Kamalın aparıcılıq etdiyi "5/5" verilişində Azərbaycanın dövlət bayrağı tərsinə asılıb.

Teref.az sonxeber.az-a istinadən xəbər verir ki, bu haqda jurnalist Həbibə Abdulla şəxsi Feysbuk hesabında fotoları paylaşıb.

Jurnalist fotoları şərh edərək, status yazıb.

Sözügedən statusu olduğu kimi təqdim edirik:

""Xəzər" TV-də "5-də 5" verilişidi. Elə indicə çəkdim... Etməyin belə, lütfən!!! Heç olmasa bu gün.

P.S. Yaşıl rəng qarşıdan baxanda solda olmalıdır. Bu bayraq ümumiyyətlə tərs üzdən asılıb. Ay-ulduza diqqət edin. Təsəvvür edin, bu bayrağı dalğalandırmaq istəsək ay-ulduzun ağzı haea baxacaq, rənglər necə duracaq".













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru