Flora Kərimova yalan danışıb? VİDEO

29-05-2019, 13:20           
Flora Kərimova yalan danışıb? VİDEO
Məşhur “Tıq-tıq xanım” mahnısının ilk ifaçısının kimliyi yenidən müzakirə mövzusuna çevrilib. “Qafqazinfo” xəbər verir ki, mövzu barədə İTV-də yayımlanan “Sabahın xeyr, Azərbaycan” proqramında danışılıb.
Sözügedən çigzi filmin animatoru, quruluşçu rejissoru Məsud Pənah verilişdə məsələyə aydınlıq gətirib: “Üstündən 50 il keçməsinə baxmayaraq film ətrafında hay-küy davam edir. Flora Kərimovaya böyük hörmətim var. Gözəl və məxməri səsi var. Amma Flora xanımı tanımıram, onunla işləməmişəm. Mahnının ifaçısı Sevil Allahverdiyevadır”.
Bu məqamda bildirək ki, Flora Kərimova 2011-ci ildə Space TV-yə verdiyi müsahibədə “Tıq-tıq xanım” adlı mahnının ilk ifaçısının özü olduğunu vurğulamışdı.
Xatırladaq ki, Sevil Allahveridyeva Vaqif Mustafazadənin məşhur “Sevil” qrupunun solisti olub.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru