Müğənnidən öz həmkarının ölümünə səbəb olan həkimə dəstək

30-05-2019, 10:27           
Müğənnidən öz həmkarının ölümünə səbəb olan həkimə dəstək
Müğənni Zenfira İbrahimovanın son günlər adı ölüm faktlarında hallanan plastik cərrah Sirus Qoçqaniyə müraciət etməsi müzakirə mövzusuna çevrilib. “Qafqazinfo” xəbər verir ki, sənətçinin əməliyyatdan imtina etməsi barədə xəbərlər yayılsa da, o, ötən gün abdominoplastika (qarın gərmə əməliyyatı) etdirib.

Hətta ifaçı instaqramda xəstəxanadan video paylaşaraq S. Qoçqaniyə təşəkkürünü bildirib: “Bir neçə gündür əməliyyatan qaçmağım barədə müzakirələr gedirdi. Görəsən, necə qaçmışam? Mən həkimimə inanıram, hər kəsin də bir alın yazısı var. Burda kimisə günahkar bilmək lazım deyil. Bu mənim subyektiv fikrimdir”.
Baxmayaraq ki, Zenfira ötən gün “Qafqazinfo”ya açıqlamasında həyat yoldaşı Anar heydərovun ona liposaksiya üsulu ilə əməliyyat etdirməsinə icazə vermədiyini bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru