Heydər Əliyev Mərkəzinin parkında Xalq artisti Aygün Kazımovanın konserti olub

2-06-2019, 09:05           
Heydər Əliyev Mərkəzinin parkında Xalq artisti Aygün Kazımovanın konserti olub
İyunun 1-də Heydər Əliyev Mərkəzinin parkında Xalq artisti Aygün Kazımovanın konserti keçirilib. O, “Aygün şou” adlı proqramda sevilən mahnılarını təqdim edib.

"Report" xəbər verir ki, Uşaqların Beynəlxalq Müdafiəsi Gününə təsadüf edən proqramda məşhur müğənni səhnəni, həmçinin balacalarla bölüşüb.

Bugünə xüsusi olaraq hazırlanan şouda Aygün Kazımova 60-dan çox nağıl və film qəhrəmanının iştirakı, peşəkar rəqqasların müşayiəti ilə çıxış edib.

Müğəninin illərdir sevilən mahnıları, eləcə də yeni repertuardan olan nəğmələri xüsusi hazırlanan kuklalarvə rəqs nömrələrinin iştirakı ilə təqdim edilən şoudayeni çalaralıb.

Heydər Əliyev Mərkəzinin parkında ilk dəfə olaraq təqdim edilən şou parkda dincələnlərin-uşaqdan böyüyə hər kəsin marağına səbəb olub.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru