Dedilər ki, Dilarə niyə əlini belə qoyub?

3-06-2019, 11:12           
Dedilər ki, Dilarə niyə əlini belə qoyub?
Müğənni Dilarə Kazımova maraqlı açıqlamaları ilə diqqət çəkib.
AzNews.az xəbər verir ki, o, “ATV maqazin onlarla” verilişində “Eurovision 2019” təmsilçimiz Çingiz Mustafayevə sevgi etiraf edib: “O, xoşuma gəlir, çox gözəl səsi var, hətta klipdə lüt olduğunu çox sevdim”.
Müğənni bir müddət əvvəl Nigar Camal və Səmra Rəhimli ilə çəkilən şəkillərinə də aydınlıq gətirib:
“Dedilər ki, Dilarə niyə əlini belə qoyub? Yəqin ki, qadınlar daha çox xoşuna gəlir, nəinki kişilər. Bu şəkildən sonra haqqımda çox sözlər eşitdim. Kim necə istəyir fikirləşsin. Hətta mən qadınlara deyirəm ki, siz çox gözəlsiniz, Səmra Rəhimli və Nigar Camala da demişdim. Yenə şəkillər çıxa bilər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru