"Onun qara giləsini harada görüb o? Gecə vaxtı camaatın qızının..." - Efirdə 18+ müzakirə

4-06-2019, 15:59           
"Onun qara giləsini harada görüb o? Gecə vaxtı camaatın qızının..." - Efirdə 18+ müzakirə

"Gəlmişəm otağına oyadam səni, qaragilə", onun qara giləsini harada görüb o? O vaxtı senzura var idisə, demirdi ki, bu gecə vaxtı camaatın qızının otağına niyə girirsən? Əri deyilsən, qardaşı deyilsən! Nə oldu, indiyə qaldı hamısı? "Budur gəlir cüt bacı, qadan alım" - Yəni, iki bacıya da göz birdən qoyur. Bu, bizim kişilərimizin şorgözlülüyündən bəhs edən bir mahnıdır. Bunun nəyini fəxarətlə deyim ki, bu xalq mahnısıdır? Xalq belə mahnılar yaza bilməz. Ya da "O yana döndər məni, bu yana döndər məni" - Bu nədir bəyəm sənin üçün, evakuatordu fırlatsın?

Milli.Az xəbər verir ki, bu fikirləri "Hər şey daxil"in aparıcısı Tarix Əliyev (Tolik) xalq mahnılarımızın sözlərindəki yanlış ifadələrdən danışarkən deyib.

Məsələ ilə bağlı əməkdar artist Baloğlan Əşrəfov telefon ilə canlı yayıma bağlanıb. O, yarım əsrdən çox yaşı olan sözügedən mahnıların illərdir doğru-düzgün təqdim edilmədiyindən şikayətlənib:

""Araz axar qıyqacı" mahnısı ilə bağlı dediniz. Vaxtı ilə o mahnını oxuyan çox böyük sənətkarlarımızdan hansı biri isə onu səhv oxuyub. O da efirə belə gedib, hamı da onu elə qəbul edib. Amma, əslində, bu, bizim ədəbiyyatda belə deyil. Düzü belədir: "Araz axar qıyqacı, Budur gəlir cüt bacı. Biri mənim öz yarım, biri onun dilmacı".

Sonra "Bağa girdim üzümə mahnısı"nı da səhv oxuyublar. Bunu əməkdar, xalq artistlərimiz oxuyub, amma səhv oxuyublar. Bu da "Bədii Şura"nın gözündən qaçıb. O mahnı elə deyil, belədir: "Bağa girdim üzümə, tikan batdı dizimə. İstədim ki, gizlənim, yar sataşdı gözümə". O yardan gizlənmək istəyib. Vaxtı ilə bu mahnıları böyük sənətkarlarımız oxuyub. Onlara da bunu rişxənd edən olmayıb".













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.