Culiya Robertsdən məşhur “Gözəlçə” filmi barədə maraqlı açıqlama

6-06-2019, 00:15           
Culiya Robertsdən məşhur “Gözəlçə” filmi barədə maraqlı açıqlama
Hollivud ulduzu Culiya Roberts “Variety” nəşrinə müsahibəsində ona şöhrət qazandırmış “Gözəlçə” filmi barədə maraqlı açıqlama verib.

Aktrisanın dediyinə görə, filmin sonluğu dəyişdirilib. Belə ki, filmin sonu toyla deyil, ayrılıqla nəticələnməliydi. Riçard Girin qəhrəmanı, biznesmen Edvar Lüis küçədən tapdığı gözəl fahişə Viviyenə eşq elan etmək əvəzinə, onu qaranlıq bir küçədə maşından itələyib atmalıydı.

Xatırladaq ki, “Gözəlçə” adlı romantik komediya 1990-cı ildə ekrana çıxıb. Film çox varlı biznesmenin küçə qadınına aşiq olaraq, sonda onunla evlənməsindən bəhs edir. Filmdə baş rolları Riçard Gir və Culiya Roberts oynayıb. Bu filmə görə, Roberts “Ən yaxşı qadın rolu” nominasiyasında “Oskar” mükafatı alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru