Şakira məhkəməyə öz bənzərini göndərib

7-06-2019, 07:07           
Şakira məhkəməyə öz bənzərini göndərib
Kolumbiyalı müğənni Şakira vergidən yayınma halına görə dindirilməyə dəvət olunduğu İspaniya məhkəməsinin binası qarşısında fotoqrafların obyektivinə tuş gəlməmək üçün xüsusi varianta əl atıb.

"Report" "The Guardian" nəşrinə istinadən xəbər verir ki, paparatsilər sübh tezdəndən bina qarşısında keşik çəksələr də, nəticədə məhkəmə binası önünə müğənni yox, onun bənzəri çıxıb.

Bina qarşısında qarışıqlıq yarandığı vaxt isə, həqiqi Şakira xidməti girişdən sakitcə içəri daxil olub. Odur ki, hakim qarşısına müğənninin "surəti" deyil, "əsli" çıxıb. 42 yaşlı ulduz borcunun olduğunu etiraf edib və istintaqla əməkdaşlıq edəcəyinə söz verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru