Vasifdən sərt sözlər: "İnstagramda xəstələrinə pul istəyirlər, qürununuzu..."
7-06-2019, 12:24
Əməkdar artist Vasif Məhərrəmli onu tənqid edənlərə sərt cavab verib. BiG.AZ-ın məlumatına görə, "Şou news" açıqlamasında müğənni bildirib ki, bir çoxları ona baxanda qıcıq olur:
"Buyam, məni sevən, belə sevsin. Hansı rola girim ki, məni bəyənəsiz? Necə varamsa, eləyəm. Səmimiyyətim yerindədir. Kiməsə qıcıq yaradıramsa, mənə baxmasın. Sizə nə var? Siz də qaz vurub, qazan doldurun. Azad ölkədə yaşayırıq, sən də get yer qaz, külüng vur, pul qazan. Kanalizasiya təmizləyib evinə ruzi aparan, ofisiant işləyən, fəhlə başımın tacıdır".
Vasif sosial şəbəkədə insanlardan pul yığan xəstələri, dilənçiləri tənqid edib:
"Dəbdir, pulu olan da, olmayan da çalışır kimdənsə, nəsə qopartmağa. Cavan uşaqları belə tərbiyələndirmək günahdır. Toydan çıxıram, bir də görürəm gəlib pəncərəni döyür ki, şirinlik ver. Toydan çıxmağımın nəyinin şirinliyi olar?
Qürurunuzu niyə tapdalayırsınız? Adam var ki, qardaşından 5 manat istəməz. İnstaqramda nə qədər yazıb, pul istəyirlər. Anlayıram, xəstələri var, ehtiyacıdır. Amma necə tanımadığınız birindən pul istəyə bilərsiz?".