Xanım yazardan TV-lərə qarşı ağır ittihamlar – “Pullar mütəşəkkil dəstəyə çatır” – VİDEO

9-06-2019, 15:43           
Xanım yazardan TV-lərə qarşı ağır ittihamlar – “Pullar mütəşəkkil dəstəyə çatır” – VİDEO
“Azərbaycan televiziyalarında yayımlanan xeyriyyəçilik verilişlərində yığılan pullar kimlərində cibinə gedir. Xalqı aldadırlar. Orada heç bir xeyriyyəçilikdən söhbət gedə bilməz”.
BakuPost xəbər verir ki, bu ağır ittihamla xanım yazıçı Aysel Əlizadə çıxış edib. 18 yaşından televiziyalarda işlədiyini, buna görə də mətbəxi dəqiq bildiyini deyən yazar, xeyriyyəçilik adıyla dələduzluq edildiyini iddia edib: “Mən dəqiq araşdırma apardım. Məlum oldu ki, öyrədilmiş “xəstə”, “imkansız” adamları efirə çıxarıb, onların adına pullar yığırlar. O pullar hara gedir, bilinmir”.
A.Əlizadə əlavə edib ki, bu işlə mütəşəkkil dəstə məşğul olur:”Böyük bir şəbəkədirlər. İnsanları efirə çıxarıb, kimlərinsə hissi ilə oynayırlar. Onların pullarını mənimsəyirlər. Ortada böyük pullar qazanılır. Buna görə, televiziyalar həmin layihələrə efir verir. Yoxsa kiminsə xəstə, əlacsız olması, bu xalqın dərdləri onların vecinə də deyil”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru