Aygün ikinci dəfə “Jara”da

10-06-2019, 08:33           
Aygün ikinci dəfə “Jara”da
Xəbər verdiyimiz kimi, xalq artisti Aygün Kazımova iyulda Bakıda keçiriləcək “Jara-2019”beynəlxalq musiqi festivalının qonaqları sırasında yer alıb.

DİA.AZ xəbər verir ki, bir neçə həftə əvvəl adı açıqlanan ifaçının - iyulun 26-da səhnəyə çıxacağı bildirilmişdi.

Bu gün isə festivalın proqramında dəyişiklik edildiyi açıqlanıb. Belə ki, Kazımovanın çıxış edəcəyi tarix dəyişdirilib. Aygün iyulun 26-da yox, iyulun 25-də "Jara"da sevənlərinin qarşısına çıxacaq. O, bu festivala ikinci dəfədir qatılır.

Qeyd edək ki, "Jara" artıq dördüncü ildir Xalq artisti Emin Ağalarovun təşkilatçılığı ilə keçirilir. Gecədə həmçinin Rusiyanın tanınmış incəsənət nümayəndələri çıxış edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru