“Dəridən-qabıqdan çıxırlar ki, kimsə onlara “Galenvagen” alsın”

13-06-2019, 13:03           
“Dəridən-qabıqdan çıxırlar ki, kimsə onlara “Galenvagen” alsın”
Xalq artisti Nisə Qasımova dəbdəbəli həyatları ilə gündəmə gələn şou-biznes üzvlərindən danışıb. “Qafqazinfo” xəbər verir ki, müğənni “Show News” proqramına qonaq olarkən təkəbbürlü həmkarlarını tənqid edib:
“Geyimlərimin qiymətlərindən heç vaxt danışmamışam. Özümü bu cür tanıtmamışam. Mənə elə gəlir ki, 5 manatlıq parçadan da gözəl libaslar hazırlatmaq olar. Ümumiyyətlə, təkəbbürlü olmaqdan xoşum gəlmir. Bahalı geyimləri, maşını ilə öyünənlərdən acığım gəlir.
Məndə maşınların kralı olub. Heç vaxt bunu dilə gətirməmişəm. Bunların arzusunda olan insanlar var. Bir-biriləri ilə bəhsə girirlər, dəridən-qabıqdan çıxırlar ki, kimsə onlara “Galenvagen” alsın. Elələri var ki, bu maşının həsrətindəndir. Onları qıcıqlandırmayaq, lazım deyil”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru