İtaliya məhkəməsi aktrisa Ornella Muti barəsində həbs qərarı çıxarıb

14-06-2019, 07:48           
İtaliya məhkəməsi aktrisa Ornella Muti barəsində həbs qərarı çıxarıb
İtaliya məhkəməsi saxta tibbi arayış təqdim edərək Pordenonedə tamaşada iştirak etməkdən boyun qaçırmış məşhur aktrisa Ornella Muti barəsində hökm çıxarıb.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Qeyd edilir ki, məhkəmə aktrisanı yarım illik həbs cəzasına və cərimə ödənişinə məhkum edib. Aktrisa dəmir barmaqlıqlar arxasına düşməkdən yalnız teatra 30 min avro cərimə ödəyəcəyi təqdirdə xilas ola biləcək.

Xatırladaq ki, 2010-cu ildə Pordenone Teatrının rəhbərliyi Ornella Mutini saxta tibbi arayışla bağlı məhkəməyə verib. Məlum olub ki, o, tamaşa vaxtı xəstələnməyib. Ornella Muti həmin vaxt Amerika aktyoru Kevin Kostnerlə birlikdə Sankt-Peterburqda xeyriyyə mərasimində şam yeməyində iştirak edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru