"Təhlükəli insanlara inanmayın" - Rəqsanədən Təranəyə cavab

12-07-2019, 12:52           
"Təhlükəli insanlara inanmayın" - Rəqsanədən Təranəyə cavab
Müğənni Rəqsanə İsmayılova və prodüser Təranə Səmədova arasındakı qalmaqal bir neçə gündür daha da alovlanıb.
Prodüser dünən sənətçinin özü və ailəsi ilə bağlı ağır iddialar səsləndirib.
Lent.az bildirir ki, Rəqsanə irəli sürülən bu ittihamlara instagram səhifəsində cavab verib. O, bildirib ki, insan başına gələnlərdən nəticə çıxarmalıdır:
“Deyəcəyimi dedim, bundan sonra demək yox, hərəkətimi göstərəcəm. Hazırda isə ailəmlə bərabər “Moskva göz yaşlarına inanmır” filminə baxıram və başa düşürəm ki, axırıncı dəfə saxta göz yaşlarına 3-cü sinifdə inanmışam. Ümumiyyətlə, inanmaq hissini çoxdan unutmuşam. Heç kimə inanmayın, yalançı, təhlükəli, uşaqların belə taleyi ilə oynayan insanlara heç inanmayın. İnsan başına gələnlərdən nəticə çıxartmalıdır. Amma görünür çıxartmayanlar var. Yenə də Allah bilər, nə edər. Biz Allah deyilik ki, basıb göz çıxardaq. Yaşayarıq, görərik”.
Qeyd edək ki, Təranə Səmədova həbsdən bir müddət öncə azadlığa buraxılıb. O, bugünkü efirdə çıxışı zamanı bir neçə dəfə göz yaşlarını saxlaya bilməyib. Rəqsanə “saxta göz yaşlarına inanmıram” sözlərini işlədərkən bu məqama işarə vurub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru