Deputatdan müğənniyə SƏRT REAKSİYA: “Məgər deputat soyunub seçilir?” – VİDEO

17-07-2019, 18:15           
Deputatdan müğənniyə SƏRT REAKSİYA: “Məgər deputat soyunub seçilir?” – VİDEO
Müğənni Afaq Aslanın Milli Məclisin deputatları haqqında qalmaqallı açıqlaması millət vəkili Tahir Süleymanov tərəfindən sərt reaksiya ilə qarşılanıb.

Deputat T.Süleymanov demokrat.az-a açıqlamasında Afaq Aslanı “tərbiyəsiz” adlandırıb.

Millət vəkili bildirib ki, bu cür insanların hərəkətlərinə cavab vermək lazım deyil:

“Bu cür adamlar tərbiyəsiz insanlardır. Məgər deputat soyunub seçilir? Deputatı xalq seçir. Afaq Aslan həm də xalqın seçiminə hörmətsizlik edir. Belə adamlara daha nə deyəsən? Mən deputatlığı bir kənara qoyuram. Ən azından bu cür fikirlər xalqın seçiminə böyük hörmətsizlikdir. Mən bu cür tərbiyəsizə nə cavab verim? O, bu cür fikirləri ilə Azərbaycan vətəndaşlarını təhqir edir”.

Xatırladaq ki, müğənni Afaq Aslan Yenicag.az-ın redaksiyasında qonaq olan zaman qalmaqallı açıqlamalar verib. Müğənni bildirib ki, onu soyundura-soyundura deputat edəcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru