Amerikalı professor Xamneyiyə Kardaşyanın iqamətgahını bombalamağı təklif etdi...

10-01-2020, 09:49           
Amerikalı professor Xamneyiyə Kardaşyanın iqamətgahını bombalamağı təklif etdi...
assaçusets ştatının Uelsli şəhərindəki Babson kollecinin müəllimi, amerikalı professor Aşin Fenci “Facebook”dakı bloqunda prezident Trampa özünəməxsus "cavab" verib.

Moderator.az-ın İsrail mediasına istinadla verdiyi xəbərdə deyilir ki, professor İran hakimiyyətinə Amerika mədəni irsinə aid 52 obyekti bombalamağı təklif edib.

"Trampa cavab olaraq Ayətullah Xameneyi bir “tvit” göndərməlidir: bomba atmağı planlaşdırdığı Amerikanın 52 sevimli mədəniyyət obyektinin siyahısını. Hmm ... Bunlar nələr ola bilər? Mall of America? Kim Kardaşyanın iqamətgahı?” – deyə professor istehza edib.
Az sonra silinən yazının skrinşotunu Turtleboysports.com saytı dəc edib.

Kollec rəhbərliyi dərhal bu qalmaqallı təklifi verən müəllimi işdən uzaqlaşdıraraq "yerli və federal hakimiyyət orqanları ilə əməkdaşlıq etməyə hazır olduğunu" bildirib. “Boston Herald” nəşri yanvarın 9-da belə yazıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru