"Heç kəs əndazəsindən çıxmasın"

14-01-2020, 11:53           
"Heç kəs əndazəsindən çıxmasın"
Əməkdar artist Cavanşir Məmmədov Xəzər TV-də yayımlanan "Hər şey daxil" verilişində qonaq olub.

BiG.AZ xəbər verir ki, veriliş zamanı efirdəki qadağalardan, müğənnilərin özlərini aparmağından söz düşüb. Əməkdar artist bildirib ki, son zamanlar müğənnilər efirdə hər şeydən danışırlar bu düzgün deyil.

"Bir dəfə AzTV-də çəkilişdəydik. İlhamə Quliyeva qulağına sırğa, barmaqlarına bir neçə üzük geyinmişdi. Sədr buna etirazını bildirdi. Dedi, efirdə belə şeylərə icazə yoxdu. İlhamə xanım narazılıq etsə də icazə verilmədi və onları çıxardı. Amma indi tamam başqa cürdü. Düzdü o qədər də distiplin lazım deyil indi, amma gərək heç kəs əndazədən çıxmasın. Efirdə aparıcı hər şeydən sual verə bilər gərək ona qaydasında cavab verilsin. Hər şey çerçivəsində lazımdır".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.