Ölən nənəsindən sərvət dəyərində pul oğurladı - Anası ifşa etdi

21-01-2020, 00:01           
Ölən nənəsindən sərvət dəyərində pul oğurladı - Anası ifşa etdi
2018-ci ildə unutqanlıq xəstəliyi ilə mübarizə aparan 95 yaşlı nənəsinə kömək etmək üçün yanına köçən keçmiş model Emily Evans-Schreiber onun puluna göz dikib.

38 yaşlı keçmiş model yaşlı qadının hesabından 230 min sterlinq (təxm: 300 min dollar) oğurlayıb.

Unikal.org xəbər verir ki, nənəsinin sağlığında onun rəsmi icazəsi ilə maliyyə hesablarına giriş əldə edib. Bir müddət sonra qadın dünyasını dəyişib.

Nənəsinin ölümündən sonra da xərcləmələrinə davam edən modelin qısa müddət sonra əməli üzə çıxıb. Belə ki, araşdırmalar zamanı məlum olub ki, 7 ay ərzində keçmiş model nənəsinin bank hesabından öz hesabına 40 dəfə pul köçürmə əməliyyatı edib.

Onun lüks həyatı və bahalı aksesuarlar alması diqqətlərdən yayınmayıb.

Keçmiş model Emili Evans-Schreiberin anası qızının işsiz olmasına baxmayaraq, necə dəbdəbəli bir həyat yaşadığını anlamayıb. Bu səbəbdən qadın həm bank, həm də polislə əlaqə saxlayıb.

Budan sonra onun bütün əməlinin üstü açılıb












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru