9 il əvvəl çəkilən filmdə koronavirus vahiməsi - Dəhşətli eynilik

12-03-2020, 11:16           
9 il əvvəl çəkilən filmdə koronavirus vahiməsi - Dəhşətli eynilik
Bütün dünyanı təsiri altına alan koronavirus “Epidemiya” filmini yenidən gündəmə gətirib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Steven Sodeberqin 2011-ci ildə ekranlaşdırdığı və Qvinet Peltroy, Mett Deymon, Cud Lou, Keyt Uinslet kimi aktyroların yer aldığı filmdə yaşananalar koronavirus epidemiyası arasındakı bənzərlik diqqət çəkib. Filmdə bir çox insanın ölümünə səbəb olan epidemiya Çindən yayılır və insanlara yarasalardan keçir.

Bundan başqa epidemiyanın ilkin əlamətləri hazırda dünyaya yayılan virusun əlamətləri ilə eynilik təşkil edir. Filmdə xəstəliyə tutulan insanlarda ilk olaraq qripə bənzər simtomlar göstərir və qısa müddətdə bütün dünyada minlərlə insanı təsiri altına alır.

Filmin ssenaristi Skott Bruns bənzərliklərlə bağlı bunları deyib: “Bəziləri bu vəziyyəti əsrarəngiz hesab etsə də mən o qədər təəccüblü deyiləm”.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru