Əfsanəvi kinostudiya film istehsalını dayandırdı

15-03-2020, 00:00           
Əfsanəvi kinostudiya film istehsalını dayandırdı
Bir müddət öncə şirkət Paris və ABŞ-ın Florida ştatında yerləşən "Disney World" və "Disneyland" parkının bağlanması xəbərini vermişdi

“Disney” şirkəti koronavirusa görə film istehsalını dayandırmaq qərarına gəlib. Sputnik Azərbaycan xəbər verir ki, bu haqda "CNBC" televiziyası məlumat yayıb.

İndiyə qədər çəkiliş meydançasında sözügedən virusun yayılma halı qeydə alınmayıb. Şirkətin bu addımı atmaqda məqsədi çəkiliş qruplarının təhlükəsizliyini təmin etməkdir. Məlumatda həmçinin qeyd olunur ki, "Rusaloçka", "Evdə tək" və "Piter Pen " filmlərinin çəkilişləri dayandırılıb.

Xatırladaq ki, bir müddət öncə şirkət Paris və ABŞ-ın Florida ştatında yerləşən "Disney World" və "Disneyland" parkının bağlanması xəbərini vermişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru