Məşhur müğənni də ölümcül virusa yoluxdu:"Diqqətli olun"

19-03-2020, 00:00           
Məşhur müğənni də ölümcül virusa yoluxdu:"Diqqətli olun"
Dünyada koronavirusa yoluxmuş sənətçilərin sırasına 19 yaşlı amerikalı müğənni Şarlotta Lourens də qoşulub.

“HaberTürk” xəbər verir ki, o, bunu sosial şəbəkə vasitəsilə açıqlayıb.

Sənətçi insanları bayıra çıxmamağa, yaxınlarına diqqət yetirməyə çağırıb.

Lourens israrla küçəyə çıxmaq istəyənlərin eqoist olduğunu vurğulayıb.

Qeyd edək ki, ABŞ-da koronavirusa yoluxanların sayı 7 568 nəfərdir. Virus qurbanlarının sayı isə 117-yə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 170 ölkədə qeydə alınıb/Report.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru