Emin “Jara” ilə bağlı qərarını verdi

21-03-2020, 10:20           
Emin “Jara” ilə bağlı qərarını verdi
Ağalarov hələlik Bakıdakı “See Breeze” turizm kompleksində iyulun 29-dan avqustun 2-nə kimi keçirilməli olan “Jara” festivalının vaxtını dəyişmək niyyətində deyil.

Azərbaycanın Xalq artisti Emin Ağalarov koronovirus pandemiyası səbəbindən “Jara-2020” beynəlxalq musiqi festivalının və mükafatının vaxtını dəyişməli olub. Sputnik Azərbaycan bu barədə müğənninin mətbuat xidmətinə istinadla xəbər verir.

Monakoda festival mayın 7-də deyil, avqustun 16, Düsseldorfda mayın 31-də deyil, oktyabrın 24-də keçəcək.

Bundan əlavə, Emin Moskvada keçirilməli olan “Jara music awards” (aprelin 4-dən sentyabrın 4-nə) və “Jara kids awards”ı (aprelin 2-dən sentyabrın 2-nə) təxirə salmalı olub.

Ağalarov hələlik Bakıdakı “See Breeze” turizm kompleksində iyulun 29-dan avqustun 2-nə kimi keçirilməli olan “Jara” festivalının vaxtını dəyişmək niyyətində deyil.

“Jara” 2017-ci ildən keçirilir. Festivalın təşkilatçıları müğənni və bəstəkar Emin Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqori Leps, “Rus radiosu” və “Qızıl qrammofon” mükafatının əsasını qoyan Sergey Kojevnikovdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru