Tatlısəs oğlu ilə barışdı

28-06-2020, 00:32           
Tatlısəs oğlu ilə barışdı
Müğənni İbrahim Tatlısəs və "Məni təhdid edir" deyərək polisə şikayət etdiyi oğlu Ahmet Tatlı barışıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, ata-oğul "2. Sayfa" proqramı üçün bir araya gəlib.

Oğlu haqqında şikayət edən İbrahim Asiye Acarın suallarını cavablandırıb. "Ahmet gözümün işığıdır. Nə deyirəmsə, onu da yayımlayın. Məni bir tək Sibel Can və Hülya Avşar axtarır. Onlardan başqa heç kimin yadına düşmürəm. Ad demirəm, hamı özünü bilir" deyə, Tatlısəs açıqlamasında bildirib.

Qeyd edək ki, Tatlısəs sosial şəbəkədə ailə sirlərini mediaya ötürən bir satqının olduğunu bildirmişdi. Mediada hər kəs sözü oğlu Ahmetə atdığını vurğulayıb. Tatlısəs iddiaların yalan olduğunu bildirsə də, çox keçmədən ata oğulun əmlak üstündə üz-üzə gəldiyi ortaya çıxıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru