Azərbaycanlı müğənninin ölümünün əsl səbəbi bilindi - FOTO

30-06-2020, 16:08           
Azərbaycanlı müğənninin ölümünün əsl səbəbi bilindi - FOTO
Azərbaycanlı müğənni, “Ağbaba” qrupunun solisti Faiq Tağıoğlunun (Ağbabalı) ölümünün səbəbi məlum olub.

Mərhumun bacısı Səkinə İsmayılovanın Oxu.Az-a verdiyi məlumata görə, o, ürək çatışmazlığından və beynində trombların olması səbəbindən vəfat edib.

Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin iyunun 24-də verdiyi arayışdan da görünür ki, 55 yaşlı Ramazanov Faiq Məmmədtağı oğlunun meyiti dəfn olunması üçün qohumlarına təhvil verilib.

Yəni mərhum koronavirus səbəbindən ölməyib.

Qeyd edək ki, ölkə mətbuatında onun koronavirusdan vəfat etməsi barədə məlumat yayılmışdı.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru