ABŞ-da daha bir reper qətlə yetirildi

13-07-2020, 04:14           
ABŞ-da daha bir reper qətlə yetirildi
ABŞ-da “Lil Marlo” təxəllüsü ilə tanınan reper Rudolf Conson Atlanta ştatında qətlə yetirilib.

“Report” xəbər verir ki, bu barədə “TMZ” portalı hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Portalın bildirdiyinə görə, polisə şəhər mərkəzindəki magistral yolda baş verən yol qəzası barədə məlumat daxil olub. Hadisə yerinə gələn asayiş keşikçiləri 30 yaşlı repçinin cəsədini aşkar ediblər.

İstintaq hesab edir ki, Rudolf Conson avtomobili idarə edərkən silahla vurulub.

Hadisənin səbəbləri hələ məlum deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru