Nura Suri Qusar – Quba yolunda saxlanıldı

14-07-2020, 21:42           
Nura Suri Qusar – Quba yolunda saxlanıldı
İyulun 14-də Qusar-Quba yolunda xidmətdə olan polis əməkdaşları “Porsche Cayenne” markalı avtomobili nəzarət qaydasında saxlayıblar.

Daxili İşlər Nazirliyindən Pravda.az-a verilən məlumata görə, sürücü, Bakı şəhər sakini Aynurə Surinin (Nura Suri) və sərnişini Bakı şəhər sakini Təranə Axundovanın təqdim etdikləri sənədlər yoxlanılarkən onların xüsusi karantin reyimi dövründə verilən icazədən sui-istifadə etmələri müəyyən edilib. Belə ki, A.Suri və T.Axundova 16 gün – iyun ayının 28-dən iyul ayının 14-nə kimi Qusar rayonu ərazisindəki istirahət mərkəzində istirahətdə olublar. Ona görə hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə Protokol tərtib olunaraq hər biri 200 manat məbləğində cərimə olunublar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru