"Niyə paylaşım etmirsiz, kimdən qorxursunuz?"

16-07-2020, 18:35           
"Niyə paylaşım etmirsiz, kimdən qorxursunuz?"
Müğənni Xəyyam Nisanov Rusiyada məşhurlaşan azərbaycanlıları tənqid edib.
Axşam.az xəbər verir ki, bunla bağlı sosial şəbəkədə paylaşım edən sənətçi onların şəhidlərimizlə bağlı heç bir paylaşım etməməsini qınayıb:

"Heç kəsdən qorxacaq yerim yoxdur. Çünki Azərbaycan Respublikasının vətəndaşıyam, bununla hər zaman fəxr etmişəm. çalışdığım qədər bütün dünyada ölkəmi təbliğ edirəm. Amma çox heyif ki, mənim Rusiyada və dünyada tanınan həmkarlarım bu gün susublar. Heç bir paylaşım etmirlər. Niyə? Kimdən qorxursunuz, çəkinirsiniz? Mən də 20 ildir Rusiyanın paytaxtında çalışıram. Orada ermənilərlə üz-üzə gəlirəm. Amma heç bir zaman mövqeyimi dəyişmirəm".

İfaçı İnstaqramda "story" bölümündə bir neçə Rusiyada çalışan tanınmışın profilini paylaşaraq, onlara sual ünvanlayıb.

Qeyd edək ki, Rusiyada məşhurlaşan azərbaycanlılar siyahısına bloqqer Hüseyn Həsənov, müğənnilər Bahh Tee (Bəxtiyar Əliyev), Elman Zeynalov, Coni (Cavid Hüseynli), Aleksandr Əliyev və Nəvai Bəkirov (HammAli & Navai) yer alıblar.
Onların ən güclü və tanınmışı Emin Ağalarovdur!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.