"Vətənini sevən hər kəs mövqeyini bidirməlidir" - Emin Ağalarov cəbhədəki gərginlikdən yazdı FOTO

17-07-2020, 01:08           
"Vətənini sevən hər kəs mövqeyini bidirməlidir" -
Respublikanın xalq artisti Emin Ağalarov Ermənistan hərbi birləşmələrininin Ermənistan-Azərbaycan sərhədinin Tovuz istiqamətindəki dövlət sərhəddində təxribat törətməsi ilə bağlı fikirlərini bölüşüb.

Musavat.com xəbər verir ki, o, sülhün bərqərar olması üçün Ermənistanın Azərbaycan ərazilərinin işğalına son qoymalı olduğunu vurğulayıb.

"Hörmətli izləyicilər, Azərbaycanın Ermənistanla sərhədində münaqişənin kəskinləşməsi ilə əlaqədar olaraq vətənini sevən və xalqı qiymətləndirən hər kəs öz vətəndaş mövqeyini və dəstəyini bildirməlidir.

Cənubi Qafqaz bölgəsində sülh və sabitliyi təmin etmək üçün Ermənistanı Azərbaycan ərazilərinin işğalına son qoymağa çağırırıq.

Hər kəsə yalnız sülh diləyirik və bütün şəhidlərin, həlak olmuş qəhrəmanların ailələrinə başsağlığı veririk.

Hörmət və böyük sevgi ilə öz ölkəsinə, köklərinə bağlı olan Emin Ağalarov".














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru