Aysel milyarderin qızı ilə eyni geyimdə - FOTO

14-01-2016, 13:23           
Aysel milyarderin qızı ilə eyni geyimdə - FOTO
Məşhur azərbaycanlı modelyer Aysel Trudel bu dəfə geyimi ilə media nümayəndələrinin diqqətini çəkib.

Axşam.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, Ayselin tədbirlərin birində geyindiyi libas dünyaca məşhur milyarder Konrad Hiltonun nəticəsi Niki Hiltonunkunun eynisi olub.

Hilton sözügedən libası Nyu-Yorkda İtalyan Moda Evinin açılışında geyinib.

Qeyd edək ki, Aysel Rusiyada yaşayır. O, Moskvada məşhur moda evinin sahibəsi, dünyaca məşhur “RF”, “Christian Louboutin”, “Agent Provocateur”, “ Diane von Furstenberg” kimi brendlərin təmsilçisidir.

Xatırladaq ki, məşhur müğənni-dizayner Peris Hiltonun bacısı olan Niki keçən il digər milyarderlər nəsli olan Rotşildlərin nümayəndəsi Ceymslə ailə qurub. "İlin toyu"nun sahibləri yaxında valideyn olmağa hazırlaşırlar.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru