Azərbaycanda teatrı söküb yerində çoxmərtəbəli bina tikirlər

14-01-2016, 13:26           

Yuğ Dövlət Teatrı yerləşdiyi binadan çıxarılır.

Ölkə.az-ın əldə etdiyi məlumata görə, binadan çıxmaq üçün teatrın kollektivinə bir həftə vaxt verilib.

Bildirilir ki, teatrın hazırda yerləşdiyi məkan tarixi bina olmasına rəğmən, söküləcək və yerində çoxmərtəbəli yaşayış binası tikiləcək. Yuğ teatrı isə Əhmədli qəsəbəsindəki kitabxanalardan birinə yerləşdiriləcək. Əldə etdiyimiz digər məlumata görə, kollektiv bu qərardan narazı qalıb. Onlar şəhərin mərkəzindəki iş yerlərini nisbətən kənar sayılan Əhmədliyə dəyişmək istəmirlər.

Məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin də mövqeyini öyrənməyə çalışacağıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru