Zabit Səmədov bu gün “Kuruluş Osman”da yer alacaq - VİDEO/FOTO

25-11-2020, 19:49           
Zabit Səmədov bu gün “Kuruluş Osman”da yer alacaq - VİDEO/FOTO
Xəbər verdiyimiz kimi, Azərbaycanın məşhur kikboksçusu Zabit Səmədov Türkiyənin məşhur “Kuruluş Osman” serialında rol alıb.

Z.Səmədovun Oxu.Az-a verdiyi eksklüziv məlumata görə, o, Gəncə bəy rolunu canlandıracaq. Bu, müsbət obrazdır.

Zabit Səmədov bu gün efirə gedəcək 35-ci seriyada ilk dəfə görünəcək. Bununla da həmin serialda ilk dəfə bir azərbaycanlı yer alacaq.

Qeyd edək ki, baş rolda Burak Özçevitin yer aldığı “Kuruluş Osman” serialının 35-ci seriyası bu gün Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Saat 21:00-da isə ötən seriya ixtisarla təqdim olunacaq.


















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru