Siyavuş Aslanın oğlu küçədə yaşayır - Video

17-01-2021, 13:28           
Siyavuş Aslanın oğlu küçədə yaşayır - Video
Mərhum Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz "Elgizlə izlə" proqramına gəlib. O, küçədə qaldığını söyləyib.

Çingiz sığınacaqda qaldığını, amma artıq vaxt bitdiyini və qalmağa yeri olmadığını söyləyib:

"Orda az qala bilirsən. 6 ay vaxt verilir. Üç ilə yaxındır orada qalıram, mənə çox hörmət edilib. İndi küçədə qalıram".

Çingiz spirtli içki içdiyini etiraf edib. O bildirib ki, atasından qalan evi satıblar:

"Qardaşımla evi satdıq ki, biznes quraq. Amma alınmadı. Meyvə işi ilə məşğul olurdum, kirayədə qalırdım. Qardaşım Moskvadadır. Ailə qurdum, ayrıldıq. Qızım xaricdə yaşayır. Məndən onu gizlədirlər. Ailəlidir. Fərsiz ata olmuşam. "Bizimləsən" proqramında qızı tapdılar, deyib, atamı görmək istəyirəm. Amma telefonum olmadığı üçün məni tapmadılar".













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru