Sobçak Martirosyanı "Azərçay"ın reklamından yayınarkən “yaxaladı”

20-01-2021, 04:29           
Sobçak Martirosyanı "Azərçay"ın reklamından yayınarkən “yaxaladı”
Məşhur rusiyalı teleaparıcı Kseniya Sobçak komik altyor Qarik Martirosyanı, NTV-də münsiflərdən biri olduğu “Maska” şousunun efirində Azərbaycan çayının reklamından yayınmaqda suçlaylb.

KONKRET.az xəbər verir ki, o öz müşahidəsini Telegram-da bölüşüb.

Sobçak “Maska” şousunda yaranmış vəziyyəti “qeyri-adi” adlandırıb.

Onun sözlərinə görə, “Azərçay” verilişin baş sponsoru olub. Münsiflər heyətinin üzvləri buraxılış zamanı şirkətin loqotipi olan fincanlardan çay içirdilər, bu vaxt Martirosyan ya fincanı elə qoyurdu ki, yazılar görünmürdü, ya da içkidən tamamilə imtina edirdi.

“Məzəli əhvalatdır, əlbəttə: Qarik ermənidir, burada sponsor Azərbaycandır. Münaqişə çərçivəsində bu, yəqin ki, bir çox suallar doğurardı və budur, o, fincanı gizlədir”, — deyə Sobçak nəticə çıxarıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru