Orhan Gencebay çuxura yıxılıb, barmağını sındırdı-FOTO

25-01-2021, 10:19           
Orhan Gencebay çuxura yıxılıb, barmağını sındırdı-FOTO
Məşhur Türk müğənnisi və bəstəkar Orhan Gencebay yıxılıb.

Open.az xəbər verir ki, sənətkar evinin yaxınlığında gəzərkən, çuxura yıxılıb. Nəticədə Orhan Gencebayın sol əlinin işarət barmağı qırılıb.

Həyat yoldaşı Sevim Emre ilə birlikdə xəstəxanaya gedən Orhan Gencebayın barmağı gipsə salınıb. Sənətkarın vəziyyəti hazırda qənaətbəxşdir.

Qeyd edək ki, Orhan Gencebay bir müddət əvvəl də dəniz kənarında gəzərkən çuxura yıxılmışdı. Sənətkarın həyat yoldaşı Sevim Emre İstanbul Büyükşəhər Bələdiyəsi və Sarıyer Bələdiyəsi'ni ittiham edərək: "Bələdiyyə çox çalışır, maşallah! Hər yer çuxurdu" deyərək, etirazını bildirib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru