Rusiyalı model İstanbulda bıçaqlandı - ANBAAN VİDEO

27-01-2021, 08:49           
Rusiyalı model İstanbulda bıçaqlandı - ANBAAN VİDEO
Türkiyənin İstanbul şəhərində bıçaqlı kişi üç rusiyalıya hücum edib.

“LifeShot” “Telegram” kanalı bununla bağlı kadrlar paylaşıb.

Videoda bir kişinin qaçaraq səkidə hərəkət edən üç nəfərə hücum etdiyi görünür. Hücuma məruz qalanlardan ikisi qaçıb canını qurtarsa da, üçüncüsünə 7-8 bıçaq zərbəsi vurulub.

Məlumata görə, yerli sakinlər təcili yardım gələnə qədər özləri yaralıya kömək ediblər.

Bildirilir ki, bıçaqlanan qadın Aleksandra Rusanova dərhal əməliyyat olunub və hazırda vəziyyəti sabit qiymətləndirilir.

Qeyd edək ki, Rusanova tanınmış "plyus-sayz" modellərdəndir. O, bir sıra məşhur brendlərlə, o cümlədən “Wildberries”lə əməkdaşlıq edir.

Rusanova həmçinin aktrisa olmağa hazırlaşır. O, teatr studiyasında işləyir və ifaçılıq sənətini öyrənir.milletinsesi/

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru