Amerikalı məşhur aktrisa Pamela Anderson növbəti dəfə ailə qurub.
Open.az xəbər verir ki, Pamelanın bu dəfəki həyat yoldaşı, cangüdəni Den Heyxersdir.
Pandemiyaya görə təmtəraqlı toy etməyən cütlüyün nikahı aktrisanın Kanadada olan evində baş tutub.
53 yaşlı aktrisa bəyan edib ki, bu dəfə seçdiyi həyat yoldaşı onu çox sevir.
Qeyd edək ki, Pamela Anderson 2020-ci ilin yanvarında Hollivudun tanınmış kinoprodüseri Con Piterslə gizli nikah bağlamışdı. Amma Pamela və Conun ailə həyatı cəmi 12 gün sürmüşdü.