Türkiyəli məşhur aktrisa pərəstişkarlarını qorxutdu

1-02-2021, 07:40           
Türkiyəli məşhur aktrisa pərəstişkarlarını qorxutdu
Türkiyəli aktrisa Fərah Zeynəb Abdullah dağınıq skleroz xəstəliyinin başlaması şübhəsiylə müayinələrdən keçdiyini açıqlayıb.

“Boyun protruziyasından başqa, tiroidimdə də bir problem var. Həkimlər nəzarət zamanı dağınıq sklerozdan şübhələniblər", - deyən aktrisa məsələnin dəqiqləşdirilməsi üçün onurğa iliyindən iki dəfə nümunə götürüldüyünü də bildirib.

“Birincisi lokal anesteziya idi. Bir həftə sonra isə prosedur ümumi anesteziya ilə icra olundu. Baş verənlər mənə rol aldığım “Çempion” filmini xatırlatdı”, - deyə o əlavə edib.

Qeyd edək ki, analizlərin nəticələrinə görə, Fərah Zeynəb Abdullahda dağınıq skleroz xəstəliyinin olmadığı təsdiqlənib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru