Canlı əfsanə hesab olunan müğənni ağır xəstəliyi barədə elan etdi - FOTO

3-02-2021, 06:13           
Canlı əfsanə hesab olunan müğənni ağır xəstəliyi barədə elan etdi - FOTO
Amerikalı pop əfsanəsi 94 yaşlı müğənni Toni Bennettə Altsheymer diaqnozu qoyulub.

Nv.art-ın məlumatına görə, məşhur müğənninin özü bu barədə “Twitter” hesabında elan edib.

O, paylaşımında həyat yoldaşı Syuzana və bütün ailəsinə dəstəyinə görə təşəkkür edib.

“Həyat, hətta Altsheymer ilə olsa belə, hədiyyədir”, - deyə o, bildirib.


Əslində Toni Bennettə Altsheymer diaqnozu dörd il əvvəl qoyulub. Ancaq xəstəliyin ilk əlamətləri Ledi Qaqa ilə “Cheek to Cheek” albomunu hazırlayarkən ortaya çıxıb. 2015-ci ildə isə o, musiqiçi həmkarlarının adlarını xatırlaya bilmədiyi üçün səhhətindən narahat olduğunu dilə gətirib.

İfaçının həyat yoldaşı Syuzan, əri üçün darıxdığını deyir, çünki o, artıq eyni Toni deyil...

“Ancaq oxuyanda eyni Tonidir”, - deyə o, qeyd edib.

Müğənniyə diaqnoz qoyan Dr.Gayatri Devi 94 yaşlı müğənninin hazırda heç bir demansiyalı insanın bacarmadığını edə bildiyini, bununla da koqnitiv pozğunluqdan əziyyət çəkən hər kəs üçün bir ümid simvoluna çevrildiyini qeyd edib. O, Toni Bennettin bu vəziyyətini həftədə iki dəfə mahnı oxuması ilə izah edib. Həkimlərin fikrincə musiqi ifa etmək onun beyin fəaliyyətini stimullaşdırır.

Xatırladaq ki, onun Ledi Qaqa ilə “Cheek to Cheek” adlı birgə caz albomu “Grammy” mükafatına layiq görülüb. Ümumilikdə, Tony Bennett, musiqi karyerası boyunca iki dəfə “Emmy” mükafatı və 19 “Grammy” mükafatına layiq görülüb.oxu














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.