Damlanı efirdə BİABIR ETDİ: - "Onun gəldiyi yol hamıya bəllidi"

4-02-2021, 11:01           
Damlanı efirdə BİABIR ETDİ: -
Müğənni Damla həmkarı Talıb Talelə birgə eyni verilişə çıxmaq istəməyib.

Lent.az-ın məlumatına görə, bu barədə “Heç vaxt heç yerdə” verilişin aparıcısı Zaur Nəbioğlu bildirib. Damlanın bu addımından sonra Talıbın ona cavabı kəskin olub:

“Damlanın o fikrinə yaxşı baxmıram. Çox səhv edir. Onun gəldiyi yol da hər kəsə bəllidir. Uzaq tarix deyil. Mən də deyim ki, Damla olan tədbirə gəlmirəm. O, toyda bir yerdə iştirak edir, efirə tək çıxmaq istəyir? Onda desin ki, toyda da tək oxuyuram. Onun bu fikri yaxşı deyil. Ona məsləhət verirəm ki, belə eləməsin”.

Qeyd edək ki, Damla bütün verilişlərə tək çıxmaq istədiyini deyib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.